Bakı, Gəncə, Qazax... - Azərbaycanın bu bölgələrində daha çox koronavirusa yoluxanlar var + Rəsmi

img

06-05-2020 [17:20]


Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Bakı üzrə 45.3, Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir.

Mia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, həmin ərazilər narıncı zona elan edilib və orada karantin qaydalarına ciddi riayət edilmir: "Bakı üzrə ən çox yoluxma halı Yasamal və Sabunçu rayonları üzrə qeydə alınıb. Adları sadalanan yerlərdə bir nəfər çox sayda adamı yoluxdurduğuna görə yeni ocaqlar yaranırdı".

Z.Əliyev vurğulayıb ki, 27 aprel-3 may tarixləri arasında ölkədə 287 yoluxma, 302 sağalan və ölən 4 nəfər olub: "Yoluxanlar əsasən 50-59 yaş arası olanlardır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA