"İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək" - DİM sədri

img

07-05-2020 [18:20]


"Bizim çox gərgin iş qrafikimiz olacaq. Çünki iyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, hər bir imtahanda iştirak edəcək şəxslərə eyni şərait yaratmaq əsas hədəfdir: "Nəzarətçi müəllimlər əsasən regionlardan cəlb olunacaq və bu il onların sayı əvvəlki illə müqayisədə artacaq".

O qeyd edib ki, bu günə qədər gündəlik 40 min insanın iştirakı ilə imtahan keçirilib: "Amma bu dəfə 80 min insan olacaq. Müəllimlər üçün müvəqqəti iş yerləri yaradılacaq. Təhsil sisteminin işçiləri də bizə dəstək olacaq"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA