SEPAH-ın generalı və iki əməkdaşı öldürülüb 

img

05-05-2020 [19:17]


İranda İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1 zabiti və iki əməkdaşı öldürülüb. 

Hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində qeydə alınıb.

SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub.

Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və təşkilatın daha iki üzvü - Cəfər Nizampur və Məhəmməd Şəkərin ölüb.

Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar var/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA