Hindistan və Çinin 150-dək hərbçiləri sərhəddə əlbəyaxa olublar

img

10-05-2020 [14:01]


Şənbə günü Hindistan və Çin hərbçiləri sərhəddə dalaşıblar.

Məlumata görə, hər iki tərəfdən 150-yə qədər hərbçinin əlbəyaxa dava-dalaşı Hindistanın Sikkim ştatının Çinlə sərhədində baş verib.

Hazırda dava-dalaşda iştirak edən hər iki ölkənin hərbçiləri hadisə yerindən uzaqlaşdırılıblar. Münaqişə iki ölkənin bölgədəki komandirlərinin danışıqlarından sonra başa çatıb.

İlkin məlumata görə, tərəflər odlu silahdan istifadə etməyib, dava-dalaş zamanı bir-birlərinə daş-kəsək atıblar.

Xatırladaq ki, Hindistan və Çin arasında 1962-ci ildə silahlı qarşıdurma olub. Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA