Bakıda kişi hərbi komissarlıqda intihara cəhd etdi

img

04-10-2013 [11:18]


Ötən gün Bakının Sabunçu rayonu ərazisində 42 yaşlı kişi damarlarını doğrayıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə, özünə qəsd etmək istəyən şəxs Alim Əhmədov olub. Qan içində olan Alim Əhmədov dərhal 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xils etmək mümkün olub.


ANS PRESS-in əldə etdiyi məlumata görə, Alim Əhmədov özünü hərbi Komissarlıqda doğrayıb. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.

Hadisə barədə ətraflı məlumat almaq üçün Sabunçu rayon Hərbi Komissarlığı ilə əlaqə saxlayıb bu barədə məlumat versək də, hec bir cavab vermədən dəstək asıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA