Müğənni AzTV-də aparıcılıq edəcək

img

30-04-2020 [17:45]


Müğənni Mehin Hümbətova AzTV-də aparıcılığa başlayır. 

Mia.az xəbər verir ki, bu haqda müğənni “Facebook”da məlumat yayıb: 

“Sizinlə bölüşmək istədiyim bir xəbərim var. Bu ilə arzularımın reallaşmasıyla daxil oldum. Hələ də davamı gəlir. Aparıcı kimi fəaliyyətə başladığım qısa müddət ərzində günü-gündən yenilənməkdə olan dövlət televiziyasına qəbul olmaq kimi bir arzum var idi. Qismət belə gətirdi ki, dəvət olundum və artıq Azərbaycan Dövlət Televiziyasında ən marağlı verlişlərdən birinin aparıcılığı mənə həvalə olundu. Arzulamağdan yorulmayın, dostlar. Hər il yeni arzular, yeni məqsədlər qoyun qarşınıza. Xəyallarımız gerçəkləşir “. 

Mehin tamaşaçıları hər şənbə-bazar saat 21:30 "1AzTv" verlişin izləməyə səsləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR