AŞPA Azərbaycan hökuməti qarşısında tələb qoydu

img

03-10-2013 [13:21]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları monitorinq və post-monitorinq dialoqu proseduru altında olan ölkələri Avropa Şurasına daxil olarkən götürdükləri və hələ yerinə yetirilməmiş öhdəliklərini icra etməyə çağırıblar, eyni zamanda bu dövlətlərin bəzilərində əldə olunan tərəqqini alqışlayıblar.

Bu barədə AŞPA-nın Strasburqda keçirilən plenar sessiyasında qəbul olunan qətnamədə deyilir. Qətnamə layihəsi AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, estoniyalı Andres Herkelin hesabatı əsasında hazırlanıb və 86 nəfər lehinə, 31 nəfər əleyhinə, 9 nəfər bitərəf olmaqla qəbul edilib. Hazırda AŞ-nin monitorinqi altında 10 dövlət var: Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova, Albaniya, Bosniya-Herseqovina, Serbiya və Monteneqro. Türkiyə, Bolqarıstan, Makedoniya və Monako ilə post-monitorinq dialoqu aparılır. Qətnamədə bu ölkələr israrlı şəkildə Avropa Şurasının monitorinq mexanizmlərinin müvafiq tövsiyələrinə əməl etməyə çağırılır.

Azərbaycanla bağlı hissədə ölkədəki məhkəmə sistemi, sərbəst toplaşma və birləşmə azadlığı, ehtimal olunan siyasi məhbusların mövcudluğu və polisin davranışı ilə bağlı fikirlər bildirilib. Parlamentarlar Azərbaycan hökumətini və parlamentini ədalətli seçki kampaniyası və demokratik standartlara uyğun prezident seçkiləri keçirmək üçün şərait yaratmağa çağırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA