Gürcüstanda seçki: etiraz aksiyası başlayıb, qarşıdurma var (Yenilənib)

img

04-10-2025 [22:23]


Tbilisidə Gürcüstan Prezidentinin iqamətgahı qarşısında etirazçıların aksiyaları nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb.

Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Onun sözlərinə görə, xəsarət alan əməkdaşlardan birinin vəziyyəti ağırdır.

Nazir müavini bir neçə etirazçının həbs olunduğunu təsdiqləyib.

Gürcüstan prezidentinin sözlərinə görə İSƏ, onun iqamətgahından kənarda baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

***

Hakim "Gürcü arzusu" Partiyasının nümayəndəsi Kaxa Kaladze yerli seçkilərdə 71,29% səs toplayaraq Tbilisinin meri seçilib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Tbilisi meri seçkilərində 9 namizəd iştirak edib. Birləşmiş müxalifət partiyalarının "Lelo" və "Gürcüstan naminə" Partiyasının namizədi İrakli Kupradze 12,52% səs toplayaraq ikinci olub.

Qeyd edək ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri postunu tuturdu.

***

Hakim "Gürcü arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze bələdiyyə seçkilərində səslərin 77,4%-ni qazanır.

Məlumata görə, "Gorbi" şirkətinin exit-poll məlumatları gürcü televiziyası "İmedi" tərəfindən dərc edilib.

İkinci yerdə müxalifət partiyaları "Güclü Gürcüstan" və "Gürcüstan üçün Qaxariya"nın namizədi İrakli Kupradze qərarlaşıb. O, səslərin 8,8%-ni qazanıb. Üçlüyü "Qırçı"nın namizədi Yaqo Xviçiya tamamlayıb. Onu seçicilərin 6,7%-i dəstəkləyib.

***

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bəyan edib ki, Tbilisidə davam edən mitinq "Məclis və nümayiş haqqında" qanunla müəyyən edilmiş normaları aşıb.

Mia.az xəbər verir ki, nazirliyin məlumatına görə, aksiyanın təşkilatçıları zorakılığa çağırışlar ediblər və prezident sarayının binasına daxil olmağa cəhd göstəriblər.

"Təşkilatçılar Atoneli küçəsində yerləşən prezident sarayının baryerlərini zədələyib və binaya soxulmağa cəhd ediblər", – deyə DİN-in bəyanatında bildirilib.

Nazirlik mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa və vəziyyəti süni şəkildə gərginləşdirməməyə çağırıb.

"Əks halda, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə edəcəklər", – bəyanatda qeyd olunub.

Nazirlik vurğulayıb ki, aksiyanın gedişində ictimai təhlükəsizliyin və asayişin qorunması məqsədilə bütün qanuni tədbirlər görüləcək(Report)

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA