Saakaşvili: "Ən uğurlu hökumət başçısından belə, əhali 9-10 ildən sonra yorulur"

img

30-09-2013 [12:23]


Gürcüstan prezidenti Mixail Saakaşvili bu günlərdə Nyu York fond birjasnda çıxış edib. Saakaşvili çıxışında Gürcüstanın iqtisadi uğurlarından danışıb. O bildirib ki, Gürcüstanda stabillik var, Avropada cinayətkarlığın ən aşağı səviyyəsi bu ölkədədir. Gürcüstan prezidenti "Sinqapur möcüzəsi”nin müəllifi Li Kuanyudan da sitat gətirib. "Li Kuanyu deyirdi ki, hətta ən uğurlu hökumət başçısından belə əhali 9-10 ildən sonra yorulur. Bizdə Gürcüstanda da bu hadisə baş verdi”.

Daha sonra Saakaşvili bildirib ki, Gürcüstanda yeni iqtisadi və siyasi model yaradıblar: "Postsovet məkanında 2 model var idi. Faktiki olaraq birinci modeli Yeltsin təklif edirdi. Xaos, küçələrdə adamların güllələnməsi, əhalinin kütləvi şəkildə yoxsullaşması, ölkənin sərvətlərini talayan olliqarxların meydana çıxması.  

2-ci modeli isə Putin təklif etdi. O, hakimiyyətə gələn kimi bütün oliqarxları boğdu və hamıya göstərdi ki, ən böyük oliqarx o özüdür. Biz isə Gürcüstanda tamamilə fərqli model tətbiq etdik və çox böyük uğurlar qazandıq. Bu yaxınlarda Albaniyanın baş naziri Gürcüstanda islahatlar prosesində ciddi rol oynamış şəxsləri Albaniyaya təcrübə mübadiləsi üçün göndərməyi xahiş etdi".

Daha sonra gürcü lideri deyib ki, Gürcüstanda dünyanın başqa ölkələrindən fərqli gömrük prosedurları keçirilir, yeni şirkətlər qeydə alınır, əmlakın alqı-satqısı sənədləşdirilir və istənilən sənədi ən qısa müddətdə almaq mümkündür. "Bütün bu sahələr üzrə biz dünya birincisiyik. Bizdə hətta pasport alınmasına 5 dəqiqə sərf olunur. Biz qısa müddət ərzində bürokratik qaydaları 90 faiz azalda bildik. 30 yaşa qədər olan gənclərə hakimiyyət strukturlarında vəzifələr verməklə çox böyük uğurlar əldə edə bildik”.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA