Marneulidə yenə etiraz aksiyası keçirilib

img

27-04-2020 [14:16]


Gürcüstanın Marneuli rayonunda bir qrup vətəndaş etiraz aksiyası keçirib.

Məılumata görə, bələdiyyə binasının qarşısına toplaşan etirazçıların bir qismi ərzaq yardımı, digər qismi isə Tsalka rayonunda otlaq sahələrinə çıxmağa icazənin verilməsini tələb ediblər.

Marneulinin icra başçısı Zaur Darğallı aksiya iştirakçıları ilə görüşüb. O bildirib ki, rayonda sosial təminatsız ailələrə ərzaq yardımının paylanılması davam etdirilir: “Rayonda artıq 8000-ə yaxın şəxsə ərzaq yardımı göstərilib. Uşaq bağçalarında təlim-tərbiyə olunan 2145 uşağın ailəsinə də qisa məhsulları təqdim edilib”.

Z.Darğallı qeyd edib ki. Tsalkada mal-qaranın otlaq sahələrinə aparılmasına icazə var: “Lakin otlaqdan qayıdan şəxslər ikihəftəlik karantin rejimindən sonra öz kəndlərinə qayıda bilərlər”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA