190 manatlıq yardımlara görə müraciətlərin qəbulu başa çatdı

img

27-04-2020 [09:54]


Pandemiya ilə əlaqədar Azərbaycanda geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.

Mia.az ƏƏSMN-ə istinadla xəbər verir ki, hazırda ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. 

Nazirliyin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.

Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA