Deputat nazirə "qorxaq" dedi: "Onunla şəxsi problemim yoxdur, ancaq..." - Sərt ittihamlar
23-04-2020 [20:29]
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.
Mia.az-ın məlumatına görə, Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında bildirib ki, Elmar Məmmədyarov öz fəaliyyətində Prezident İlham Əliyevin işğalçı Ermənistana qarşı apardığı "hücum diplomatiyası"na adekvat ola bilmir:
"Mənim Elmar Məmmədyarovla şəxsi münasibətlər baxımından zərrə qədər hər hansı problemim yoxdur. Mən bunu tam məsuliyyətimlə deyirəm. Ancaq mən onu səriştəsiz fəaliyyətinə görə Milli Məclisin iclaslarında bir neçə dəfə tənqid etmişəm. Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatını oxuyanda baxın görün nələr baş verir!
Sanki Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini malalamaqla məşğuldur. Axı işğalçı ölkəyə qarşı belə "dişsiz" və qorxaq bəyanat olmaz! Biz işğala məruz qalmış ölkəyik. Ancaq xarici işlər nazirimiz nədənsə ehtiyatlı və qorxaq açıqlamalar verir. Əgər bu gün cənab Prezident işğalçı ölkəyə qarşı açıq şəkildə tutarlı sərt və cəsarətli mövqe ortaya qoyaraq, Nikol Paşinyanı susdurursa, o zaman niyə xarici işlər nazirimiz buna uyğun davrana bilmir?
Əslində, ölkə Prezidenti hər bəyanatı verməli deyil. Bu, bütün dünyada qəbul olunmuş təcrübədir. Ölkə Prezidentinin demək istədiyi fikirləri xarici işlər naziri, millət vəkilləri deməlidir. Mən hər zaman olduğu kimi, bu gün də cənab Prezident İlham Əliyevin "hücum diplomatiyası"nı birmənalı şəkildə dəstəyirəm. Bu baxımdan düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də öz fəaliyyətində ölkə Prezidentinin "hücum diplomatiyası"nı əsas götürməli və malalama mövqeyindən əl çəkməlidir".
Deputat həmçinin qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın işğal olunmuş rayonlarının azad olunacağına ümid yaradan açıqlama verməsi müsbət haldır:
"Nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində çox ciddi rol oyanyır. Münaqişənin həllinin açarı da məhz Kremlin seyflərindədir. Bu baxımdan Sergey Lavrovun sözügedən açıqlaması Azərbaycan cəmiyyətində ümid yaradıb. Ancaq bu bəyanatın ardınca Ermənistanın xarici işlər naziri çox həyaysızcasına bildirib ki, Azərbaycan torpaqları işğaldan azad edilməyəcək. Bu cür açıqlama həm də dövlət başçıları səviyyəsində aparılan sülh danışıqları fonunda erməni riyakarlığını və Ermənistan dövlətinin faşist düşüncəsini bir daha ortaya qoydu. Əlbəttə ki, Emənistan xarici işlər nazirinin bu cür səfeh açıqlamasına Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən çox tutarlı cavab verildi. Hikmət Hacıyevin cavab açıqlamasında Ermənistanın xarici işlər nazirinə qarşı kifayət qədər tutarlı və sərt arqumentlərlə fikirlər var.
Lakin çox təəssüf ki, biz bu cür tutarlı cavabları Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında görmədik. Əvəzində isə Azərbaycanın Xarici İşlər Nazirliyi əvvəlki ənənələrinə uyğun olaraq yenə də standart və ehtiyatlı sözlərlə işğalçı ölkəyə qorxaq cavab bəyanatı verdi. Halbuki, Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi daha cəsarətli, çəkindirici və sərt olmalı idi".
Xatırladaq ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycnın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verib. Bunun ardınca isə Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək, Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib.
Ermənistan xarici işlər naziri danışıqlar prosesini darmadağın edən açıqlama ilə çıxış etdiyi halda, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ehtiyatlı və qorxaq açıqlamalar verməklə, cəbhədə atəşkəsin gücləndirilməsindən, COVİD-19-a qarşı mübarizədən və münaqişənin danışıqlar yolu ilə həllindən danışıb.
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda