Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu

img

23-04-2020 [13:10]


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, aprelin 24-də havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA