Marneuli rayonunun bir neçə kəndində sakinlər etiraz aksiyası keçiriblər - Səbəb + FOTO

img

22-04-2020 [15:10]


Gürcüstanın Marneuli rayonunun bir neçə kəndində sakinlər etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, sakinlər məhsullarının satışının təşkil olunması və yolların açılmasını tələb ediblər.

Etirazçılar bildiriblər ki, avtomobillə hərəkət edib yetişdirdikləri məhsulları satmaq istəyirlər.

Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneulinin icra başçısı Zaur Darğallı yerli sakinlərlə görüşüb. Etirazçıların tələbi ilə tanış olan qubernator deyib ki, yerli məhsulun satışına dəstək göstəriləcək. Sakinlərdən məhsulun alınması üçün yük maşınları səfərbər olunub.

Ciddi karantin rejiminin ləğv olunması tələbi ilə etirazçıların bir qismi Marneulini Şulaveri kəndi ilə birləşdirən yolu bağlayıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA