Bakıda karantini pozan gözəllik salonu aşkarlandı - FOTO

img

22-04-2020 [15:59]


Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən gözəllik salonu aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerlləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.

Obyektə baxış zamanı oranın sahibi paytaxt sakini Rüfət Yusupov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA