Binəqədidə gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib - FOTO

img

22-04-2020 [15:55]


Binəqədi rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Cəlal Cabbarlının “play station” salonu işlətdiyi məlum olub.

Obyektə baxış zamanı daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. C.Cabbarlı və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA