İqtisadi İnkişaf Nazirliyi məhkəməyə verildi

img

02-10-2013 [11:12]


Bakının Babək prospektində fəaliyyət göstərən "Val-Mart” MMC İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu şirkətə qarşı kəsdiyi cəzanın ləğv olunmasını istəyir. Şirkət bununla bağlı apelyasiya şikayəti verib.

Belə ki, İqtisadi İnkişaf Nazirliyi "Val-Mart” MMC-yə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyini aşkarlayıb. Buna görə də müddəti ötmüş malları satışdan çıxararaq məhv edib və "Val-Mart” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən cərimələyib.

MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq./Hüquq.TV/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA