“Onlayn imtahan keçirmək üçün DİM hazırdır, lakin..." - Açıqlama

img

21-04-2020 [12:40]


"Tədris başqa dildən olan şagirdlərin Azərbaycan dilində onlayn imtahanları ilə bağlı müəyyən araşdırmalar aparılıb".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu məsələ karantin rejimi qaydalarının nə dərəcədə dəyişməsindən asılıdır:

“Onlayn imtahan keçirmək üçün DİM hazırdır. Lakin təhlükəsizliyi izləmək çox ciddi məsələdir və bunu təmin etmək üçün böyük maddi resurs lazımdır. Bu imtahanlarda tək online yox offline imtahanlar da müzakirə olunur. Bununla bağlı Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Onların teledərslər aparması təcrübəsini də öyrənirik”.

"Hazırda Nazirlər Kabinetinin magistratura səviyyəsi üzrə vakant yerlərin sayının təsdiqini gözləyirik. Bundan sonra ixtisas seçimi mərhələsini başlaya biləcəyik. Yalnız qabiliyyət imtahanı məsələsi qalıb, bunun da online yoxsa offline keçirilməsi müzakirə olunur", - DİM sədri əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA