"Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da salınacaq" - DİM sədri

img

21-04-2020 [12:26]


"İki ildir online resurslarımız youtube kanalımıza yerləşdirilmişdi. Kimsə hansı mövzunu keçməyibsə youtube kanalımızda o dərslərə yenidən baxa bilərlər. Hər bir mövzu 7-10 dəqiqəni əhatə edir".

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

DİM sədri bildirib ki, vətəndaşların 90 faizində telefon var, üstəlik, dərsliklər də hamıya məktəbdə verilib: "Dərslərin iki ay olmaması psixoloji cəhətdən şagirdlərə təsir edib. Amma bu o demək deyil ki, onların dərslərini mənimsənilməsində problem yaranır. İmtahanlara salınacaq proqramlar da Təhsil Nazirliyi ilə razılaşdırılacaq. Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da salınacaq. Bu məsələlər yenə də müzakirə olunacaq. Hər bir imtahanın tarixi elan olunanda bütün detallar təsdiqlənəcək".

M.Abbaszadə bildirib ki, qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamaq əsas hədəfləridir: "Kiminsə internetə əlçatmazlığı və imtahanda iştirak etməsi üçün lazımi qurğunun olmaması onun qiymətləndirmədən kənarda qalması demək deyil. Ona görə də bütün alternativ addımları nəzərdən keçiririk"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA