"HƏR KƏSƏ CAVAB VERİLƏCƏK" - ƏƏSMN rəsmisindən 190 manatlıq yardımla bağlı mesaj

img

20-04-2020 [22:35]


"İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı 600 mi nəfərə birdəfəlik vəsait (190 manat) təkcə aprel ayı üçün deyil, 2 aylıq veriləcək”.

Mia.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, vətəndaş müraciət edərək qeydiyyatdan keçibsə və ona bu vəsait düşürsə, vəsaiti aldığı tarixdən 30 gün sonra onun ikinci ödənişi də həyata keçiriləcək: "Bizim sosial tərəfdaşımız olan banklarla əməkdaşlıq çərçivəsində həmin şəxslərə pulsuz bank hesabları açılacaq və hesablarına 190 manatlıq birdəfəlik vəsait köçürüləcək”.

Nazir müavinin sözlərinə görə, vətəndaşların müraciətlərinə bütün hallarda cavab  veriləcək: "Hətta vətəndaşların müraciətlərinə imtina cavabının verilməsi ilə bağlı meyar da həmin cavabda qeyd olunacaq: Bir müddətdir ki, qeydiyyatdan keçmiş, ancaq hələ də cavab gəlməyən şəxslərə də hər hansı bir cavab göndəriləcək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA