Hava sabahdan pisləşəcək

img

20-04-2020 [14:29]


Aprelin 21-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, aprelin 21-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.

Bir neçə gün davam edən isti, yağmursuz hava şəraitindən sonra aprelin 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarında, 22-dən 25-i gündüzədək isə əksər rayonlarda havanın qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Aprelin 21-i axşam və 22-də bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi aprelin 21-23-də arabir 15-20 m/s, 21-də ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA