Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir - FOTOLAR

img

20-04-2020 [13:10]


Nəsimi rayonu ərazisində  koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi  və  onun qarşısının alınması ilə bağlı  qabaqlayıcı profilaktik tədbir olaraq  rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunması işləri davam etdirilir. 

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülür.   


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA