Sabah hava necə olacaq? - Proqnoz

img

17-04-2020 [12:07]


Aaprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA