Bolnisidə son 24 saatda 15 nəfər koronavirusa yoluxub

img

17-04-2020 [12:23]


Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunda son 24 saat ərzində koronavirusa 15 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, virusa yoluxanlardan biri kilsə ruhanisidir: “Həmin şəxsin məbəddə təmasda olduğu insanlar olmayıb. Belə ki, orada dini ibadət dindarlarsız keçirilir”.

Qeyd edək ki, Bolnisinin Kvemo Bolnisi (Kəpənəkçi) kəndi aprelin 1-dən və Savaneti (İmirhəsən) kəndi isə aprelin 15-dən tam təcrid olunub. İndiyədək rayonda COVID-19 infeksiyası 20 nəfərdə təsdiqlənib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA