Bakıda itkin düşən 12 yaşlı qız tapıldı

img

17-04-2020 [11:40]


Bakıda itkin düşən 12 yaşlı qız tapılılaraq ailəsinə təhvil verilib.

Mia.az "Report"a istinadla xəbər verir ki, aprelin 15-i saat 02:30 radələrində, 1970-ci ildə anadan olmuş, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4 nömrəsiz evdə kirayədə yaşayan Miroşniçenko Mariya Aleksey qızı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 14.04.2020-ci il tarixdə. saat təxminən 23:20 radələrində 2008-ci ildə anadan olmuş nəvəsi Miroşniçenko Sima Qrişa qızı yaşadıqları evdən çıxmış və geri qayıtmayıb.

12-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində itkin düşən qız aprelin 16-da sağ salamat tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdirma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA