XARAKTER VƏ CİZGİLƏRİ OXŞAR OLAN ƏKİZ BACILAR...

img

16-04-2020 [19:24]


Səxavət Tağlar,

Əməkdar müəllim, yazıçı

***

Dəyərli direktor həmkarlarım - Həqiqət və Sədaqət Şükürova bacıları! 

Bu gün Sizin doğum gününüzdü. Gününüz mübarək! Sizi yeni yaşınız münasibətilə ürəkdən təbrik edirik. Cansağlığı, ailə və peşə uğurları Sizinlə olsun! Siz bir budağın qoşa çiçəklərisiniz. Özünüz əkiz, xarakter və cizgiləriniz oxşar, peşə və məşğuliyyətiniz eyni...Tale, həyat yolları Sizi başqa diyarlarda yaşamağa yönəltdi: Bakıda və Yevlaxda! .. Həqiqət Şükürova Bakı şəhərində yerləşən 23 saylı Kəlbəcər tam orta məktəbin, Sədaqət Şükürova isə Yevlax şəhər M.Ələkbər Sabir adına 2 saylı tam orta məktəbin direktoru kimi məsuliyyətli və şərəfli vəzifədə. Hər ikiniz Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ixtasas təhsili ilə bərabliyinizi bir daha təstiqlədiniz, cütlüyün oxşar simvollarını bir daha yaşatdınız.

...Çox şükürlər olsun ki, iş sferasında az zaman kəsiyində sözünüzü dediniz, tanındınız və sevildiniz! Sizi kimi gənclər qürur mənbəyimizdir!

Sizin peşənizə məhəbbətiniz, insanlara münasibətiniz, Vətən sevginiz, dövlətə və dövlətçiliyə, olkə başçısı cənab İlham Əliyevə, onun siyasi kursuna dönməz bağlılığınız bir örnəkdir. Bunun kökündə ailə tərbiyəniz durur. Atanız- xalqımızın fəxarətli oğlu, siyasi və dövlət xadimi Əvəz Şükürov hər zaman Heydər Əliyev siyasi kursuna, onun ailə üzvlərinə sədaqətli olmuşdur. Nə gözəl ki, ailədən gələn o istəyi, o sevgini Siz yaşada bilirsuniz!..

Əziz direktor həmkarlarım, əkiz və istedadlı bacılar, Sizə təbrik ünvanlayarkən beynimdə aşağıdakı misralar dolandı:

Hər insanın öz ömrü, zirvəsi var,
Hər taleyin öz yolu var, pilləsi var.
Öz zirvəsi ola bilməz qorxaqların,
O şərəfli yüksəkliyə qalxanların,
Gərək səbri bir ləngərli dəniz ola,
Gərək fikri, əqidəsi təmiz ola?
El arzusu gərək dinsin həvəsində,
Ora isti aparsın nəfəsində,
Ora həyat aparsın nəfəsində.

Sehrli söz xəzinəmizin parlaq ulduzu olan Səməd Vurğuna həsr olunmuş bu misralaralarda Sizin ömür yolunuza işıq saçan cizgilər gördüm. Əqidəsi, amalı təmiz, qəlbi el həvəsli Sizlərin! Gənckən öz üzərlərində işləyib, mükəmməllik zirvəsinə gedən yolun yolçusu olmağı bacaran Sizlərin.Təhsilimizin əkiz bacıları kimi tanınan, adları oxşar, özləri oxşar, peşə-məşğuliyyətləri eyni olan Sizlərin!...

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA