Daha 20 min şəxsə 190 manat ödənildi

img

16-04-2020 [19:08]


İşsiz kimi qeydiyyata alınan daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənvəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Mia.az ƏƏSMN-ə istinadla xəbər verir ki, onların qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək:

"Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Aprelin 9-dan işsizlərə birdəfəlik ödəmələrin verilməsinə başlanıb və ödənişlər gündəlik əsasda davam edir. Artıq 140 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA