Maşın ustası 200 manat cərimələndi - Karantin rejiminə görə

img

16-04-2020 [16:48]


Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi ərazisində avtomobil təmiri sexində karantin qaydalarının pozulduğu məlum olub.

Polis əməkdaşları tərəfindən həmin sexdə işləyən paytaxt sakini Fəqan Məmmədov Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan şəxs barəsində məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA