Koronavirusa ilk yoluxan şəxs laboratoriya əməkdaşı olub - Yeni iddia

img

16-04-2020 [13:19]


COVID-19-a ilk yoluxmuş şəxs Çin laboratoriyalarının birində işləyib.

“Report” xəbər verir ki, bunu öz mənbəyinə istinadən “Fox News” telekanalı yayıb.

Məlumata görə, ilk koronavirus xəstəsi pandemiyanın alovlanma nöqtəsi olan Uhanda laboratoriya əməkdaşı olub.

Telekanal bildirib ki, koronavirus laboratoriyada bioloji silah olaraq deyil, Çinin ümumiyyətlə virusologiya sahəsində ABŞ-ı keçməkdən ötrü hazırlanıb. 

Telekanalın məlumatında həmçinin koronavirusun məhz yarasalardan insana keçdiyi vurğulanıb.

Qeyd edək ki, aprelin 8-də ABC telekanalında ABŞ-ın ötən ilin noyabr ayında koronavirusla bağlı Çinə xəbərdarlıq etdiyi iddia edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA