Bakıda qadın işlədiyi evdən qızılları aparıb

img

16-04-2020 [09:37]


Bakıda evdən oğurluq hadisəsi baş verib.

Mia.az xəbər verir ki, hadisə martın 15-dən aprelin 15-dək paytaxtın Nərimanov rayonunun M.Arif küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızı-zinət əşyaları oğurlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva saxlanılıb.

Faktla Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, C.Əliyeva həmin mənzildə xadimə işləyirmiş.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA