Sabiq rektor vəfat etdi

img

15-04-2020 [14:25]


Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoru Ramiz Məmmədov dünyasını dəyişib.

"Report"un xəbərinə görə, R.Məmmədovun ötən gecə öldüyü bildirilir.

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən 2013-cü ilədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının rektoru olub. Ancaq 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub və filial ləğv edilib. Yoxlamalar nəticəsində bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA