"STEAM Azərbaycan" layihəsi COVID-19-dan qorunmaq üçün həkimlərə 1500 "üz sipəri"paylayıb

img

15-04-2020 [11:36]


"STEAM Azərbaycan" layihəsi COVID-19 pandemiyasından qorunmaq üçün "üz sipəri", eləcə də bir çox tibbi cihaz və avadanlığın müxtəlif detallarının sınaq istehsalını davam etdirir. 

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, bu cihazlar tibbi personalın istifadəsi məqsədini daşıyır.

Sözügedən proses çərçivəsində 1500-dən çox "üz sipəri" istehsal olunaraq tibb işçilərinə paylanılıb.

İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. "Üz sipəri"nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Qeyd edək ki, "STEAM Azərbaycan" layihəsinə 2019-cu ilin sentyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən start verilib. Layihə hazırda ölkənin 42 məktəbində 6 mindən çox şagirdi əhatə edir. Layihənin əsas məqsədi şagirdlər arasında yaradıcılıq, innovasiyalar və sahibkarlıq təfəkkürünü təşviq etməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA