“Biz hələlik pandemiyanın  pik həddini keçdiyimizi deyə bilmərik” - ÜST

img

14-04-2020 [19:17]


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İtaliya və İspaniyada koronavirusa yeni yoluxma hallarında səngimə olduğunu bildirsə də, digər Avropa ölkələrində xəstəliyin hələlik artan tempdə irəlilədiyini açıqlayıb.

Bu barədə ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris bu gün Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Biz hələlik pandemiyanın pik həddini müşahidə etmirik, pik həddini keçdiyimizi deyə bilmərik”, - deyə o vurğulayıb.

Avropada hazırkı vəziyyət barədə danışan ÜST rəsmisi qeyd edib ki, mənzərə birmənalı deyil: “İtaliya və İspaniyada yeni yoluxma sayında az miqdarda yavaşıma qeydə alınıb. Lakin digər Avropa ölkələrində, xüsusən də Türkiyə və Böyük Britaniyada yeni yoluxma halları hələ də artır”.

Qeyd edək ki, yeni koronavirus (COVID-19) 2019-cu ilin sonlarına Çində qeydə alınıb, daha sonra digər ölkələrə yayılıb. Bu il martın 11-də ÜST koronavirusu bütün dünyada pandemiya elan edib.  

Bu günə olan məlumata görə, artıq bütün dünyada 1.9 milyon nəfər bu virusa yoluxub, 120 mindən artıq insan isə vəfat edib/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA