"Əgər görsək ki,  zərurət var, onda..." - Nazirlikdən dərslərin nə vaxt açılacağı haqda açıqlama

img

14-04-2020 [19:03]


Təhsil nazirinin müavini İdris İsayev karantin rejimi ilə əlaqədar tədris ilinin müddətinin uzadılıb-uzadılmayacağı məsələsinə münasibət bildirib.

İdris İsayev qeyd edib ki, karantin dövründə təhsil proqramları üzrə teledərslər keçirilir:

“Biz karantin rejimi bitdikdən sonra vəziyyəti öyrənmək üçün qiymətləndirmə aparacağıq. Əgər görsək ki, bu tədris ilinin müddətinin artırılmasına həqiqətən də zərurət var, onda bu qərarı qəbul edəcəyik. Yaxud görsək ki, belə bir zərurət yoxdur, şagirdlərimiz təhsil proqramlarını müəyyən səviyyədə mənimsəyiblər, onda biz tədris ilinin müddətinin uzadılması məsələsinə baxmayacağıq”. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın əvvəlindən ölkənin bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb/Modern.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA