ƏƏSMN-dən 190 manatlıq yardımla bağlı daha bir - Açıqlama

img

14-04-2020 [18:00]


“İşsiz kimi qeydiyyata alınan şəxsə birdəfəlik ödəmə təyin olunduqdan sonra onun üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülür”. 

Mia.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, bu barədə ona qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə SMS göndərilir:

“İşsiz şəxs mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alır və mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir”. 

Xatırladaq ki, aprelin 9-dan etibarən gündəlik olaraq bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA