Qubada karantin rejimini pozan futbolçular və kafeyə gedənlər haqqında tədbir görüldü - FOTO

img

13-04-2020 [17:30]


Qubada karantin rejimini pozan şəxslər cərimə ediliblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Bağbanlı kəndi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Vüqar Fərmanov, eləcə də müştəriləri Elxan Əmirov, Ruslan Seyfullayev, Tahir Rüstəmov və Nahid Bahadurov barəsində qanuna müvafiq qaydada tədbir görülüb.

Keçirilmiş digər bir tədbir zamanı rayonun Vladimirovka kəndi ərazisində rejim qaydalarını pozaraq futbol oynayan bir qrup gənc saxlanılıb. 

Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA