Bakıda 5 nəfərlik ailə aclıq çəkir... - Qonşuları və ailə kömək gözləyir

img

12-04-2020 [21:51]


Bakının Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi ev 6, mənzil 36-da yaşayan bir ailə dözülməz vəziyyətdədir.

Bu barədə Mia.az-a oxucular məlumat veriblər.

Bildirilib ki, yaşadıqları binada - qeyd edilən ünvanda kirayədə qalan bir ailə məhdudlaşdırıcı tədbirlər səbəbindən rəsmən aclıq həddindir:

"Beş nəfərdən ibarət ailədə qadınlardan biri əlilidir, yeriyə bilmir, iməkləyir. Bir cavan oglan danışa bilmir, həm də əsə-əsə yeriyir, bir gəlinin əri türmədə, digər gəlinin qardaşı müharibədə şəhid olub. Kirayədə qalan bes nəfərin günəmuzd 15-20 manata işləyəni yeganə üzvü isə bəlli səbəblərədn işəmir. Vəziyyətləri çox pisdir. Ailə rəsmən aclıq çəkir.

İki gündür dostlar, qonşulardan kimin içkanı çatırsa, dəstək olur. Evlərində nə soyuducu, nə də televizor var. İki əlil üzvü olan ailə bizə yalvarırdı ki, heç olmasa səslərini Kamil Zeynallıya çatdıraq ki, onları balaca bir soyuducu ilə təmin etsin. Bu gün qonsularla birlikdə dord- eş günlük bazarliq elədik. Ancaq soyucu yox idi. Alınan yağ və toyuqları necə saxlayacaqlar, bilmirik".

Ümid edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ailənin probelmləri ilə maraqlanacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA