“Pandemiyaya səbəb Çin hakimiyyəti və onun məsuliyytəsiz davranışıdır” - Senator Pekinin cəzalandırılmasını tələb edir

img

11-04-2020 [11:52]


“Pandemiyaya səbəb Çin hakimiyyəti və onun məsuliyytəsiz davranışıdır”.

Bunu ABŞ senatoru Lindsi Qrem “Fox News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, Çndən yayılan 3-cü xəstəlikdir: “ABŞ Çini davranışını dəyişməyə məcbur etməlidir. Koronavirusa görə amerikalıların ölümünə, işsizliyə görə Çin məsuliyyət daşıyır. Borclarımıın bir hissəsini Çinin hesabına yazılmasını istəyirəm. Onlar bizə ödəməlidir, biz onlar deyil”.

Senator hesab edir ki, gələcəkdə belə hadislərin baş verməməsi üçün Çini elə sərt cəzalandırmaq lazımdır.

Qeyd edək ki, Con Hopkins Universiteti ABŞ-da koronavirusa 500 mində çox insanın yoluxduğu, 18 mindən çox insanın isə bu virusdan öldüyü barədə məlumat yayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA