“Qızım mənə hər gün nəzarət edir" - Məşhur müğənninin atasında da koronavirus çıxdı

img

10-04-2020 [15:32]


Əslən barbadoslu olan amerikalı müğənni Rihannanın atası Ronald Fenti koronavirusa yoluxub.

“Habertürk” xəbər verir ki, bu barədə 32 yaşlı sənətçinin atası açıqlama verib.

Evdə müalicə alan R.Fenti açıqlamasında qızının ona ventilyasiya qurğusu bağışladığı və nəticədə onun həyatını xilas etdiyini bildirib: “Qızım Robin mənə hər gün nəzarət edir. Ölə bilərdim. Səni çox sevdiyimi deməliyəm Robin. Mənim üçün çox şey etdi. Ona minnətdaram”.

R.Fenti Rihannanın Barbadosdakı yerli xəstəxanalara 700 min ABŞ dolları dəyərində ventilyasiya qurğuları bağışladığını da söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR