İcra başçısının bu hərəkəti etiraz doğurdu - Açıqlamalar + FOTO

img

10-04-2020 [15:21]


Füzulinin icra başçısı Alı Alıyevin rayonun kasıb əhalisinə yardım kampaniyasında iştirak edərəkən çəkdirdiyi foto sosial şəbəkədə sərt tənqidlərə tuş gəlib.

Mia.az xəbər verir ki, sadə istifadəçilərlə yanaşı, jurnalistlər də icra başçısının yaşlı qadına yardım verilərkən, duruşunu etirazla qarşılayıblar.

Məsələn, jurnalist zaur Əhməd yazıb: "Allah kimsəni Füzulinin icra başçısı Alı Alıyev duruşundakı adama möhtac eləməsin. Adam nə qədər təkəbbürlü olar ki, bir yaşlı anaya yardım edəndə əllərini cibindən çıxarmasın. Təzyiqim indicə enmiş, başımın ağrısı səngimişdi, təzədən əsəbləşdim. Allah, niyə belə adamlara qol qanad verirsən, ya da niyə belə imkansız adamlara bir tikə ruzini belə adamların vasitəsiylə göndərirsən? Kimin, nəyin sınağıdır, bu? duruşundakı adama möhtac eləməsin. Adam nə qədər təkəbbürlü olar ki, bir yaşlı anaya yardım edəndə əllərini cibindən çıxarmasın. Təzyiqim indicə enmiş, başımın ağrısı səngimişdi, təzədən əsəbləşdim. Allah, niyə belə adamlara qol qanad verirsən, ya da niyə belə imkansız adamlara bir tikə ruzini belə adamların vasitəsiylə göndərirsən? Kimin, nəyin sınağıdır, bu?"

Jurnalist Məhsəti Şərif isə belə şrh verib: "Əl cibinə qoymaq bəlkə bilərək deyil. Sadəcə, elə rahat hiss edir özünü. Və ya təsadüfən alınıb. Amma icra başçısı vətəndaşa.kömək edəndə şəkil çəkdirməz. Bu protokol görüşü deyil. İcra başçısı bu dönəmdə çətin durumda oıan vətəndaşlarına kömək etməlidir".

Digər çoxsaylı jurnalistlər də icra başçısını tənqid ediblər.

Mia.az

img
Digər xəbərlər
SON XƏBƏRLƏR