Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

img

09-04-2020 [19:37]


Gürcüstanda daha iki nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 216 nəfərə çatıb. Onların 50-si sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 722, stasionar nəzarətdə isə 408 nəfər var/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR