Akademik Arif İsmayılzadə vəfat edib

img

09-04-2020 [17:54]


Petrologiya sahəsində tanınmış alim, "Şöhrət" ordenli, Azərbaycan Respublikasının Əməkdar geoloqu, Əməkdar elm xadimi, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə bu gün 82 yaşında vəfat edib.

AMEA-dan Mia.az-a verilən məlumata görə, Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-geoloq ixtisası üzrə bitirib. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1990-cı ildə elmlər doktoru alimlik dərəcələrini alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Alim 1959-cu ildən Geologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ali Attestasiya Komissiyasının Yer elmləri şöbəsinin eksperti olub. 2005-ci ildə AMEA Geologiya İnstitutunun Petrologiya və metallogeniya seksiyasının rəhbəri təyin edilib. 2007-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi olub. 1995-ci ildən Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibi idi.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR