Azərbaycanlı aktrisanın gənc oğlu narkotikdən vəfat etdi - Yenilənib

img

30-09-2013 [12:23]



Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarovanın oğlu dünyasını dəyişib. Aktrisanın 29 yaşlı gənc oğlunun atası Rus Dram Teatrının aktyoru Ömür Nağıyevdir. Gəncin son müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Nəsibə Eldarova mərhum rejissor Hüseynağa Atakişiyevin ikinci həyat yoldaşı olub.

***
Azərbaycanın əməkdar artistinin oğlu yüksək dozada narkotik qəbul olunması nəticəsində vəfat edib. Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xanlar küçəsi ev 18, mənzil 6-da yaşayan 1985-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə bir il məhkumluq həyatı yaşayan Rüfət Ömür oğlu Nağıyev evdə yüksək dozada narkotik vasitə olan heroin qəbul edərkən dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA