Deputatların şəxsi və xidməti maşınlarına qadağa qoyulmayacaq - MM-də müzakirə

img

09-04-2020 [13:18]


"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" dəyişiklik layihəsi II oxunuşda yeni redaksiyada Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb

Sənədin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi/Report.

Sənəd səsverməyə çıxarılaraq II və III oxunuşda qəbul edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR