Xırdalanda ərlə arvad aptek soydular

img

30-09-2013 [11:47]



Dünən Xırdalan şəhərində aptek yarılıb. Bu barədə Abşeron rayon Polis Şöbəsindən məlumat verilib 

Hadisə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektindəki 38 saylı aptekdə qeydə alınıb. Arzu Qadir qızı Öztürkə məxsus olduğu bildirilən aptekdən 950 manat pul quldurluq yolu ilə ələ keçirilib. Belə ki, biri qadın olmaqla iki nəfər aptekə daxil olaraq satıcıların üstünə bıçaq çəkərək onlara hədə-qorxu gəlib. Həmin vaxt aptekdə olan satıcılar Aynur Həsənağa qızı Abdullayeva və Sevinc Zeynalabdin qızı Zeynalovaya qarşı kobudluq göstərən quldurlar elə həmin gün yaxalanıblar.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1978-ci ildə Göyçay rayonunda anadan olan Nərimanov rayon Aşıq Qərib küçəsi ev 167-də yaşayan Nurlana Nəsir qızı Əsədova və həyat yoldaşı 1970-ci il təvəllüdlü Məhəmmədəli Qədim oğlu Muradov ələ keçib.

Abşeron RPŞ-dən AzNews.az-a verilən məlumata görə, Nurlana Əsədova narkotik istifadəçisi, həyat yoldaşı Məhəmmədəli Muradov isə köhnə oğrudur. Belə ki, o, əvvəllər də məhkum olunub. Ər-arvad barəsində Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə cinayət işi açılıb. Onlar soyğunçuluqda - qabaqcadan əlbir olub zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda ittiham olunur. İstintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA