Amerikalı müğənni və övladı koronavirusdan sağaldı

img

04-04-2020 [10:00]


Amerikalı müğənni Pink koronavirusa yoluxduğunu açıqlayıb.

“TASS” istinadən xəbər verir ki, bunu Pink öz “Twitter” səhifəsində yazıb.

“İki həftə öncə mən və oğlumda COVID-19-un simptomları əmələ gəlmişdi. Xoşbəxtlikdən, bizi müalicə edən həkim üçün koronavirus testləri əlçatan idi. Mənim testimin nəticəsi pozitiv çıxdı”, - müğənni bildirib.

Pink həmçinin ailəsinin iki həftə boyunca evdə qaldığını və həkimlərin təlimatına əməl etdiyini deyib.

“Bir neçə gün öncə biz yenidən test etdik və Allaha şükür, nəticəsi neqativ oldu”, - ifaçı əlavə edib.

Səhiyyə işçilərinə dəstək adına Pink Filadelfiya xəstəxanası və Los-Anceles merinin böhran fonduna 1 milyon ABŞ dolları ianə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR