"Lotu Quli"nin ekstradisiyasına mane olurlar" - açıqlama

img

25-09-2013 [10:51]



"Sentyabrın 9-da Gürcüstanda saxlanılan və mətbuatda azərbaycanlı "qanuni oğru” Nadir Səlifov (Lotu Quli) tərəfindən idarə olunduğu bildirilən 5 nəfər onun əleyhinə ifadə verməyib. Həmin şəxslərin guya Nadir Səlifov tərəfindən idarə olunması ilə bağlı Gürcüstan mətbuatında yer alan xəbərlər müdafiə etdiyim şəxs tərəfindən qətiyyətlə inkar edilir”. 

Bunu AzNews.az-a açıqlamasında Lotu Qulinin vəkili Kamandar Nəsibov bildirib.

K.Nəsibovun sözlərinə görə, həmin şəxslərin Nadir Səlifovla bağlılığını iddia etmək hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Lotu Qulinin Gürcüstana ekstradasiyası məsələsinin həllinə mane olmaq üçün ortaya atılan iddiadır: "Mən bu barədə Nadir Səlifovla danışmışam. O, həmin şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirir. Sadəcə bəzi dairələr bu hadisədən ona qarşı istifadə etməyə və Nadir Səlifovun Gürcüstana ekstradasiyası ilə bağlı qaldırılan məsələnin həllinə mane olmağa çalışırlar”.

Xatırladaq ki, sentyabrın 9-da Gürcüstanda kriminal aləmin 13 üzvü saxlanılıb ki, onların da arasında azərbaycanlılar da var. Bunlar 1969-cu il təvəllüdlü Rasim O. və 1973-cü il təvəllüdlü Namiq O. qardaşları, 1990-cı il təvəllüdlü H. Rəşid, 1985-ci il təvəllüdlü M.Rasim, 1986-cı il təvəllüdlü H. Asif, 1990-ci il təvəllüdlü D.Sədrəddin, 1962-ci il təvəllüdlü A.Cabir və başqalarıdır. Onların evinə baxış zamanı silah və narkotik maddə götürülüb. İstintaq saxlanılanlardan 8 nəfərinin Rusiyada yaşayan "qanuni oğru”lardan biri, 5 nəfərinin isə Azərbaycanda cəza çəkən Nadir Səlifov tərəfindən idarə olunduğunu aşkarlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA