İtaliyalı məşhur modelyer koronavirusla mübarizə üçün 1,4 milyon dollar bağışladı

img

10-03-2020 [19:46]


İtaliyalı məşhur modelyer Giorgio Armani koronavirusla mübarizə üçün ölkə xəstəxanalarına 1,4 milyon ABŞ dolları bağışlayıb.

“Daily Mail” xəbər verir ki, dizayner maliyyə yardımını əsasən Milandakı üç tibb müəssisəsinə, habelə Milli İnfeksiya Xəstəlikləri İnstitutuna köçürüb.

İtaliya koronavirusdan ən çox zərər görən Avropa ölkəsidir. İndiyə qədər ölkədə 463 ölüm, 9 mindən çox isə yoluxma halı qeydə alınıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR