Sevinc Babayevanın zəhərlənmədiyi rəsmən açıqlandı

img

24-09-2013 [17:19]


ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Sevinc Babayevanın ölümü ilə bağlı Azərbaycanda keçirilən tibbi ekspertizanın rəyi açıqlanıb.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Ekspertiza Şöbəsinin rəisi Ceyhun Allahverdiyev APA-ya açıqlamasında bildirib ki, Sevinc Babayevanın meyitindən götürülmüş nümunələrin 70%-i Türkiyədə müayinə edilib: "Bizə təqdim olunan nümunələr arasında meyitin əksər daxili orqanları, həmçinin ürəyi olmayıb, ağ ciyərlərin isə az bir hissəsi var idi. Əlimizdə olan orqanların müayinəsi zamanı Sevinc Babayevanın ölümünə ürək-damar çatışmazlığının səbəb olduğu müəyyənləşib”.


C. Allahverdiyev keçirilən ekspertiza zamanı S. Babayevanın zəhərlənməsi faktının da təsdiqlənmədiyini qeyd edib: "Zəhərlənmə faktının olub-olmamasını müəyyən etməkdən ötrü bütün materiallardan istifadə olunub. Müayinə zamanı insan orqanizmində mövcud olan kimyəvi maddələrin miqdarından artıq maddə aşkarlanmayıb”.

C. Allahverdiyev ekspertizanın nəticələrinin istintaq orqanına təqdim edildiyini bildirib.

Qeyd edək ki, S. Babayeva 2012-ci ilin dekabrında Türkiyənin "Medicana International İstanbul Hospital” xəstəxanasında dünyasını dəyişib. İstanbul Ədliyyə Tibb Baş İdarəsi tərəfindən keçirilən məhkəmə-tibb ekspertizasının nəticələrinə görə, S.Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı xəsarətlərin aşkarlanmayıb. Meyitin daxili müayinəsi zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA