Həmsədrlər Məmmədyarov və Nalbandyanla görüşəcək

img

24-09-2013 [13:58]


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər. Bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlikin nazirlərlə görüşü bu həftə Nyu-Yorkda keçirilən BMT-nin Baş Assembleyasının 68-ci sessiyası çərçivəsində baş tutacaq.

Həmsədrlər Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşəcəklər.
Bu, yeni amerikalı həmsədrin digər həmsədrlərlə birlikdə tərəflərlə ilk görüşü olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA